Almaniya kansleri Olaf Şolts Çinə üç günlük səfərə gedib.
Bu, Almaniya hökuməti başçısının vəzifəyə gəldikdən sonra Çinə ikinci səfəridir. Birincisi 2022-ci ilin noyabrında olub və pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən cəmi bir gün davam edib.
Şoltsu Almaniya biznesinin yüksək vəzifəli nümayəndələrindən ibarət böyük nümayəndə heyəti müşayiət edir.
Səfərdən öncə 65 yaşlı kansler hətta Çin sosial şəbəkəsi “TikTok”da hesab açıb, lakin orada rəqs etməyəcəyinə söz verib.
Mənbə: rbc.ru