Nazpəri Dostəliyeva: “500 manat verib trenddə olurlar”

“Bir axındır gəlir. Bu sənəti, işi bilməyənlər, hamı əlinə mikrofon alıb səhnəyə qaçırlar. Düzdür sənətkarlar efirə çıxanda Azərbaycan musiqisini olduğu kimi təqdim edirlər. Amma günah bizdədir. Çünki gec-gec çıxırıq, ona görə də meydan qalıb uşaqlara. Onlar gənclərimizdir, oxusunlar. Deməsinlər ki, Nazpəri bizə imkan vermir. Əksinə hər zaman dəstək olmuşam”. 

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva verilişlərin birində qonaq olarkən deyib. O, pul müqabilində “YouTube”da trendə düşənləri pisləyib:

“Gənclər bu gün əllərinə bir yol alıblar, çox qəribədir. Çıxıb deyirlər ki, “trend olduq”. Mən bir sirr açım, onlar 500 manat verib trend olurlar. Bunu eşidib dəli olmuşam, başıma hava gəlib. 500 manat verirsən, neçə ay, neçə həftə istəyirsən, trenddə olursan. Nə qədər pulun var, verirsən, birinci olursan. Bu, sənət deyil, puldur”. 

0.079221963882446