İngiltərə Premyer Liqasının 33-cü turunda Londonun “Çelsi” və Liverpulun “Everton” komandaları qarşılaşıb.
Matçın ilk 29 dəqiqəsi ərzində ev sahiblərindən yarımmüdafiəçi Koul Palmer het-trikə imza atıb. O, ikinci hissədə də fərqlənərək pokerini rəsmiləşdirib. “Zadəganlar”ın digər qollarını Nikolas Cekson və Alfi Qilkrist vurublar.
Görüş londonluların böyükhesablı qələbəsi ilə başa çatıb - 6:0.
Bu darmadağından sonra “Çelsi” 47 xalla 9-cu, “Everton” isə 27 xalla 16-dı pillədə qərarlaşıb.