Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd “İJ-26” markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib.
Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri bir ədəd “AK-74” markalı avtomat silahını, 28 ədəd patronu və üç ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.