Ermənistanda “TikTok” məhdudlaşdırılır?

Ermənistan Televiziya və Radio Komissiyasının rəhbəri Tiqran Akopyan ölkədə “TikTok” sosial platformasının məhdudlaşdırılması imkanlarının müzakirəsi təklifi ilə parlamentdə çıxış edib.

Eyni zamanda o, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin “TikTok”un Avropa İttifaqında mümkün bloklanması ilə bağlı bəyanatına istinad edib və ABŞ-də də oxşar addımların nəzərdən keçirildiyini qeyd edib.

Akopyan vurğulayıb ki, hətta ən demokratik ölkələr belə təhlükə yaradan kanal və şəbəkələri məhdudlaşdırmağa başlayırlar və buna səbəb çox vaxt siyasi təhlükə deyil, neqativ kontentin yayılmasıdır.

“Əgər başqa ölkələr bu tədbirləri görürsə, o zaman ola bilər ki, biz də bunu edək. Texniki imkanlardan əmin deyiləm, çünki bunun baha başa gələ biləcəyini təxmin edirəm, amma cəmiyyətimiz üçün təhlükə yaradan platformaların məhdudlaşdırılması barədə mütləq düşünməliyik”, - deyə Tiqran Akopyan əlavə edib.

Onun sözlərinə görə, texnoloji inqilab dövlət tərəfindən kontentə nəzarətin itirilməsinə gətirib çıxarıb, ona görə də ölkələr məhdudiyyətlərin tətbiqinə keçib, lakin Ermənistan bu baxımdan geri qalır.

Mənbə: Ermənistan KİV

0.083508968353271