Beş aylıq körpə ağır yanıq xəsarətləri alıb: Dəstəyə ehtiyacı var - FOTO

Beş aylıq körpə Amin ağır yanıq xəsarətləri alıb.

Bu barədə hakimiyyet.az-a onun anası Aytən Sleptsova məlumat verib.

Gənc ana övladının ehtiyatsızlıq ucbatından yandığını bildirib:

“Amin 2023-cü ilin dekabr ayında dünyaya gəlib. Aminin autizm xəstəliyindən əziyyət çəkən bacısı var. Martın 10-da o bilmədən termosu Aminin üzərinə dağıdıb. Həmin gün biz xəstəxanaya yollandıq, bir müddət orada müalicə alsaq da, artıq evə çıxmışıq. Aminin müalicəsi üçün hazırda 600 manata ehtiyacımız var”.

Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərdən imdad diləyib.

“Biz Bakıda kirayədə yaşayırıq. Evdə tək yoldaşım işləyir, onun maaşı ilə güclə dolanırıq. Amin yandığı üçün əlimizdə olan son pulu da xərcləmişik. Müalicəni davam etdirə bilmək üçün maddi gücümüz qalmayıb. Yardımsevər şəxslərdən övladıma kömək olmağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 274-67-93.

“Kapital Bank”: 4169 7388 1611 3512.

2.2798969745636