Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanıldı

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib.

“Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər.

Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Fikrət Hakim oğlu Məmmədov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

0.076736211776733