Dünyanın ilk “ChatGPT”li qulaqcığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO

“Nothing” şirkəti “ChatGPT” söhbət robotu ilə təchiz edilmiş dünyanın ilk qulaqcıq modelləri olan “Ear 3” və “Ear (a)” təqdim edib.

“Ear 3” əvvəlki nəsil analoji cihazı əvəz edib, onun “Ear (a)” versiyası isə qiymət baxımından daha sərfəli seçim olaraq hazırlanıb.

“ChatGPT”yə inteqrasiyası sayəsində cihazlar kənar nitqi tərcümə edə, məsləhətlər verə, riyazi məsələləri həll edə və bir sıra digər funksiyaları yerinə yetirə bilən səsli köməkçiyə sahib olublar.

“Ear 3”ün iş müddəti 8,5 saat, “Ear (a)”nın isə 9,5 saatdır. Birinci modeldə həmçinin aşağı tezlikli təkmilləşdirmə alqoritmi və zəngləri daha aydın edən “Clear Voice” texnologiyası var.

Qara, ağ və sarı rənglərdə qulaqcıqların satışı aprelin 22-də başlayacaq. “Ear 3”ün qiyməti 129 avro, “Ear (a)”nın isə 99 avrodur.

Mənbə: championat.com

0.14338397979736