Hakimiyyet.az xəbər verir ki, bu sözləri “Yaşıl dünya naminə ”adlı keçirilən tədbirdə YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin, Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri, Könül İbrahimova bildirib.
Tədbir iştirakçılarını salamlayan İbrahimova çıxışı zamanı bunları qeyd edib.
COP29-u ölkəmiz üçün aktual edən bir digər səbəb cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursudur. Belə ki, həmin kurs çərçivəsində bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas prioritetlərdən biri hesab olunur.
“Yaşıl dünya naminə həmrəylik” ilində COP29-un ölkəmizdə keçirilməsi bir daha ölkə olaraq əldə etdiyimiz davamlı uğurlardan növbətisi olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və regionun lider ölkəsi olmasının BMT-nin üzv ölkələri tərəfindən birmənalı qəbul edilməsinin faktiki nümunəsidir.
Bu uğuru xalqımıza yaşadan başlıca səbəb düşünülmüş siyasi addımlar, kristal iradə, Xalq-Dövlət, Xalq-Prezident birliyidir. Birliyimiz daimi, uğurlarımız davamlı olsun.
Sonda qısa və net qeyd etmək istəyirəm ki, Azərbaycan “Yaşıl gələcəyə keçid”in növbəti lideridir !