“Ərazidə işıqforların işləməməsinə səbəb əraziyə verilən elektrik enerjisinin kəsilməsidir”.
Bunu hakimiyyet.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib.
O, qeyd edib ki, ərazidə işıqforların işləməməsinə səbəb işıqforda yaranan problem yox, əraziyə verilən elektrik enerjisinin kəsilməsi olub.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumuna məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər görülür.
20:04
Bakının mərkəzi küçəsində işıqforlar işləmir.
hakimiyyet.az-ın məlumatına görə, şəhərin mərkəzi küçələrindən birində dörd yol kəsişməsindəki işıqforların heç biri işləmir.
Bu vəziyyətlə bağlı rəsmi açıqlama verilməyib.
Ərazidən olan görüntüləri təqdim edirik:
Əzizə İsmayılova