NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

“2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər”.

Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib.

Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcək ki, onun partlaması təxminən 80 ildə bir dəfə baş verir. Onun sözlərinə görə, digər ulduzlar bir neçə min ildə bir dəfə partlayır.

İdarənin rəhbəri əlavə edib ki, hazırda astronomlar fenomenin dəqiq tarixini deyə bilmirlər. Bununla belə, o əmin edib ki, ulduzun partlaması adi gözlə görünəcək.

Kuk həmçinin “alovlanan ulduzun” parlaqlığının Qütb ulduzuna bənzədiyini vurğulayıb.

NASA-nın məlumatına görə, ulduz artıq iki dəfə - 1866-cı il mayın 12-də və 1946-cı il fevralın 9-da partlayıb.

Mənbə: Fox News Digital

0.084399938583374