İndoneziyada üzərinə ildırım düşən vulkan yenidən püskürdü: Hava limanı bağlandı - FOTO

İndoneziyanın Şimali Sulavesi əyalətindəki Ruanq adlı kiçik adada son 24 saat ərzində eyniadlı Ruanq vulkanının üç yeni püskürməsi baş verib.

Bu barədə İndoneziyanın təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə milli agentliyindən məlumat verilib.

Kül sütununun hündürlüyü 400 metrdən 1,2 kilometrə qədər olub. Dağa 6 kilometrdən artıq məsafədə  yaxınlaşmaq qadağan edilib.

Həmçinin qonşu Taqulandanq adasının sakinlərinə də vulkanik külün tənəffüs yollarına düşməməsi üçün maska ​​taxmaları tövsiyə olunub.

Qeyd edək ki, Ruanq vulkanı aprelin 17-də beş dəfə püskürüb. Ən güclü püskürmə zamanı vulkandan təxminən 3 km hündürlüyündə kül sütunu yüksəlib. Həmçinin bu zaman güclü ildırım püskürən vulkanın üzərinə düşüb.

Daha əvvəl isə Ruanq adasından 828 nəfər təxliyə edilib.

İndoneziyada qəbul edilmiş püskürmələrin təsnifatına əsasən, vulkan ərazisində təhlükə səviyyəsi maksimum dörd həddinə qaldırılıb. Vulkanik aktivliyə görə Manado şəhərində (Şimali Sulavesi əyalətinin inzibati mərkəzi) hava limanı bağlanıb. Bu da 40-dan çox reysin təxirə salınmasına səbəb olub.

Mənbə: TASS

0.075695991516113