Qazaxıstanda daşqınlar: Doqquz minə yaxın şəxs evinə qayda bilmir

Qazaxıstanda davam edən daşqınlar səbəbindən 8,8 mindən çox insan təxliyə məntəqələrində qalıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Askar Şarip brifinqdə məlumat verib.

“Ümumilikdə, təxliyə məntəqələrindən 22 734 nəfər evlərinə qayıdıb. Təxliyyə mərkəzlərində 8 809 nəfər qalıb ki, onlardan 3 828 nəfəri uşaqdır. 4 536 yaşayış binasından və 2 767 həyətyanı sahədən su çəkilib”, - deyə o bildirib.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi qeyd edib ki, Qərbi Qazaxıstan və Atırau vilayətlərində Jaiyk (Ural) çayının məcrasında suyun səviyyəsi xüsusi nəzarətdə saxlanılır və burada ikinci daşqın dalğası baş verə bilər. Bu rayonlarda bəndlərin inşası və möhkəmləndirilməsi istiqamətində işlər aparılır.

Mənbə: TASS

3.5882918834686