Paşinyan Aİ nümayəndəsi ilə sərhədlərin delimitasiyası məsələsini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsini müzakirə ediblər.

Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidmətinin məlumatına görə, tərəflər həmçinin regional vəziyyəti, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçiriblər.

Klaar qeyd edib ki, Aİ 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında hərtərəfli və davamlı nizamlanma məqsədi ilə Ermənistan-Azərbaycan danışıqlar prosesini tam dəstəkləyir.

Mənbə: TASS

0.098263025283813