İki övladı da xəstə olan ana: “Allaha yalvarıram ki, onları sağaltsın, mənim canımı alsa da olar” - FOTO/VİDEO

İki övladı da ağır xəstə olan Hicran Məmmədova övladları üçün imkanlı şəxslərdən kömək gözləyir.

O qeyd edir ki, oğlunun biri ürək, digəri isə qaraciyər çatışmazlığından əziyyət çəkir:

“Mən xalqımdan çox razıyam, Allah da onlardan razı olsun. Çünki yeddi yaşlı oğlum Mahir Səlimzadə üçün bir neçə dəfə bizə dəstək olublar. Və onların sayəsində Mahirin müalicələrini apara bilmişik. Bu gün ürək çatışmazlığından əziyyət çəkən oğlum əməliyyat olunacaq. Amma mən bu dəfə də Mahir üçün kömək istəyəcəyəm. Çünki digər övladım üçün əlimdə qalan qızıllarımı satıb əməliyyat pulunu qarşılayacağam. Mahirin qaraciyərindən biopsiya alınmalıdır. Və Türkiyədə əməliyyat edilməlidir. Bizə bunun üçün 4500 manat pul lazımdır. Qeyd edim ki, Mahirin burnundan tez-tez qan açılır. Gün ərzində halsız olur, gücü çatmır oynamağa. Bütün günü yatağından tərpənə bilmir. Pəncərədə durub həyətdə oynayan uşaqlara baxır, ağlayır. O, həm də epilepsiyadan əziyyət çəkir. İmkanlı şəxslərdən bizə dəstək olmaları üçün xahiş edirəm. Başımı itirmiş vəziyyətdəyəm. O qədər həyəcan keçirirəm ki, onlar üçün. Hər ikisinin  əməliyyatı həyati rol oynayır. Qorxuram nə isə olar onlara. Bunu düşünmək belə məni məhv edir. Allaha yalvarıram ki, onları sağaltsın, mənim canımı alsa da, olar”.

Mahirin ailəsinə yardım etmək istəyən şəxslər (050) 624-89-96 (anası Hicran Məmmədova) nömrəsi ilə əlaqə saxlaya və ya bank hesab nömrəsinə pul köçürə bilərlər.

Beynəlxalq Bank: 4127 2093 0509 2923.

1.7489080429077