Dünya şahmat tacı uğrunda qarşılaşmanın tarixləri bəlli oldu

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) baş direktoru Emil Sutovski sosial şəbəkədə dünya şahmat tacı uğrunda qarşılaşmanın tarixlərini açıqlayıb.

“Oyun noyabrın 20-dən dekabrın 15-dək baş tutacaq”, - Sutovski yazıb.

Xatırladaq ki, dünya çempionu adı uğrunda bu titulun hazırkı sahibi çinli Din Lijenlə aprelin 3-dən 22-dək Torontoda (Kanada) keçirilən İddiaçılar Turniri - 2024-ün qalibi hindistanlı Qukeş Dommaraju mübarizə aparacaq.

0.089068174362183