Daşqınların əsarətində qalan Rusiyada son vəziyyət - VİDEO

Rusiyanın bir sıra vilayətləri çayların daşması ilə əlaqədar olaraq hələ də təbii fəlakətin əsarətindədir.

Belə ki, Tümen vilayətində vəziyyət mayın 9-dək gərgin olaraq qalacaq, suda kəskin artım olmayacaq. Vilayətin qubernatoru Aleksandr Moorun sözlərinə görə Korkino kəndində, həmçinin Uporovo rayonunun Qubina və Staraya Şadrina kəndlərində təcili təxliyə elan edilib.

Amur vilayətində Zeya çayı bir neçə küçə və rayonları basıb, Mazanovo rayonunda vəziyyət xüsusilə mürəkkəbdir.

Orenburqda vəziyyət nisbətən düzəlir: Ural çayında suyun səviyyəsi kritik səviyyədən aşağı 918 sm-ə düşüb. Artıq bəndlərin sökülməsinə başlanıb.

Kurqanda Tobol çayında suyun səviyyəsi 966 sm-ə enib, bəzi ərazilərdə də azalma müşahidə olunur.

Mənbə: RT

2.1206800937653