Ralf Raqnik “Bavariya” ilə görüşdüyünü qəbul edib

Avstriya millisinin baş məşqçisi Ralf Raqnik “Bavariya” rəsmiləri ilə görüşüb.

Məlumata görə, təcrübəli mütəxəssis Almaniya mediasına məsələ ilə bağlı açıqlama verib.

“Bəli, xəbərlər doğrudur. ”Bavariya” rəsmiləri Tomas Tuxelin yerinə mənimlə çalışmaq istədiklərini dedilər. Hazırda Avstriya millisi ilə Avro-2024-də çempion olmağı düşünürəm. ”Bavariya” ilə bağlı yekun qərarımı isə mövsümün sonunda açıqlayacağam”.

Qeyd edək ki, Ralf Raqnik karyerası ərzində “Mançester Yunayted”, “Lokomotiv Moskva”, ”Şalke”, “Ştutqart” və “Leypziq” kimi klubları çalışdırıb.

0.14138579368591