İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradılır: İşsizlərin siyahısı hazırlanır

“Taliban” hərəkatının lideri Heybətullah Axundzadə Əfqanıstanda “İslam Dövləti” (İŞİD) və digər qruplaşmalarla mübarizə aparmaq üçün xüsusi bölmənin yaradılmasına göstəriş verib.

Qeyd olunub ki, işsiz “Taliban” üzvlərindən xüsusi bölmə yaradılacaq, onlara müasir silahlar veriləcək. Silahlılar “Taliban”ın əldə etdiyi kəşfiyyat məlumatları əsasında İŞİD-ə qarşı əməliyyatlar keçirəcəklər.

Əfqanıstan Daxili İşlər Nazirliyi əyalət hakimiyyətindən işsizlərin siyahısını hazırlamağı tələb edib.

Məlumata görə, bu təşəbbüs “Taliban” liderlərinin ölkənin işsiz sakinlərinin İŞİD və digər terror qruplaşmalarına qoşulmasından narahatlığı ilə izah olunur.

Mənbə: Afghanistan International

0.05148720741272