Arda Gülerdən start heyətdə çıxdığı ilk oyunda qol: Komandasını önə çıxardı - YENİLƏNİB + VİDEO

İspaniya La Liqasının 33-cü turunda “Real Madrid” səfərdə “Real Sosyedad”la qarşılaşıb.

Bu mövsüm ilk dəfə La Liqada ilk 11-lik heyətdə meydana çıxan Arda Güler matçın 29-cu dəqiqəsində qola imza atıb və bununla da komandasını hesabda önə çıxarıb. 

Arda Gülerin qolundan sonra “Real Madrid” klubu rəsmi “X” hesabında bununla bağlı paylaşım edib və Türkiyə bayrağının fotosunu yerləşdirib.

Mənbə: A Spor

22:48

İspaniya La Liqasının 33-cü turunda “Real Madrid” səfərdə “Real Sosyedad”la qarşılaşacaq.

“Real Madrid”də çıxış edən türkiyəli gənc futbolçu Arda Güler bu oyunda ilk 11-lik heyətdə meydana çıxacaq.

Bununla da, Arda ​​bu mövsüm ilk dəfə La Liqada ilk 11-lik heyətdə meydana çıxmış olacaq.

Qeyd edək ki, qarşılaşmadan əvvəl “Real Madrid” 81 xalla zirvədədir. “Real Sosyedad” isə 51 xalla 6-cı yerdədir.

Mənbə: Takvim

0.088531970977783