Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bu barədə hakimiyyet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bundan başqa, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 3 tüfəng, 150 ədəd müxtəlif çaplı patron və 1 alışdırıcı təhvil götürüblər. Həmçinin qanunsuz saxlanılan 3 tüfəng də aşkar edilərək götürülüb.