“Sumqayıt” “Qarabağ”a, “Turan Tovuz” “Neftçi”yə qarşı: XXXII turun daha üç oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu keçiriləcək.

hakimiyyet.az xəbər verir ki, ilk olaraq “Qəbələ” “Kəpəz”i qəbul edəcək.

Gəncə təmsilçisi 31 xalla 9-cu, “qırmızı qaralar” 17 xalla 10-cu pillədə qərarlaşıblar. Meydan sahibləri bu matçda qələbə qazana bilməsə, çempionatda sonuncu olacaq və reqlamentə əsasən elitanı tərk edəcək.

Günün ikinci duelində avrokuboklara iddialı “Neftçi” “Turan Tovuz”u sınağa çəkəcək. “Ağ-qaralar” hələlik 47 xalla 5-ci, Tovuz klubu 42 xalla 7-cidir.

Nəhayət, günün son qarşılaşmasında çempion “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq. “Köhlən atlar”ın 73 xalı var. “Kimyaçılar” 47 xalla 4-cü sıradadır.

Azərbaycan Premyer Liqası

XXXII tur

28 aprel (bazar)

15:30. “Qəbələ” - “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Qəbələ şəhər stadionu

17:45. “Neftçi” - “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Neftçi Arena”

20:00. “Sumqayıt” - “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldəniz Musayev

M.H. adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura aprelin 29-da “Zirə” - “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Ötən gün “Sabah” “Səbail”i iki cavabsız qolla üstələyib.

0.072145938873291