Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.
hakimiyyet.az-ın məlumatına görə, günün sonuncu matçında çempion “Qarabağ” “Sumqayıt”ın qonağı olub.
Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə bitib. Yeganə qolu 70-ci dəqiqədə Roi Kehat vurub.
Xallarının sayını 50-yə çatdıran “Sumqayıt” ikinci sıradakı “Neftçi”yə çatıb. “Qarabağ”ın 73 xalı var.
XXXII turda “Neftçi” “Turan Tovuz”u (3:0), “Sabah” “Səbail”i, “Kəpəz” “Qəbələ”ni (1:0) məğlub edib. Aprelin 29-da “Zirə” evdə “Araz-Naxçıvan”la üz-üzə gələcək.