Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun kimliyi AÇIQLANDI - YENİLƏNİB

Qazaxda minaya düşən DSX əməkdaşının kimliyi açıqlanıb. 

Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İntiqam oğlu İsmayılovun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılır.

12:47

Qazaxda minaya düşən DSX əməkdaşının vəziyyəti açıqlanıb. 

Bu barədə “Report”a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Xəsarət alan şəxsin durumu stabildir.

12:22

Qazax rayonu ərazisində mina hadisəsi baş verib.

hakimiyyet.az-ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. 

O, xəstəxanaya yerləşdirilib.

Aytac Qasımova

3.8859891891479