Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Paytaxt Bakıda mayın 1-dən 3-dək “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
hakimiyyet.az-ın məlumatına görə, Türkiyənin nüfuzlu “Haber Global” kanalı bununla bağlı süjet hazırlayıb.
Həmin kadrları təqdim edirik.
Qeyd edək ki, 100-dən çox ölkəni təmsil edən 700 qonağın iştirak edəcəyi tədbirdə yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslər iştirak edirlər. Üç gün davam edəcək forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək.