İranda keçmiş müdafiə naziri Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO

İranda Ərvənd Azad İqtisadi Zona Təşkilatı sədrinin texniki işlər üzrə keçmiş müavini Mud Şamxani həbs olunub. O, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxaninin qardaşı oğludur.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Mud Şamxani rüşvət almaq və korrupsiya əməllərində şübhəli bilinir.

Qeyd edək ki, İranın ali rəhbəri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri, keçmiş müdafiə naziri Əli Şamxani də korrupsiya və vəzifə səlahiyyətlərindən özünün, həmçinin ailəsinin sui-istifadə etmələrinə görə daim İran mediası tərəfindən tənqid edilib.

 

2.8741009235382