Sürücülərə yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: Sürət həddi endirildi

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edilib.

hakimiyyet.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 kilometr/saat endirilib. Eyni zamanda, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

0.21124696731567