Qvatemalada dəhşət: Cərrah uğursuz əməliyyatla xəstəni öldürdü, meyitini mişarla doğradı

Qvatemalada kosmetoloji klinikaların birində əməliyyatdan sonra dünyasını dəyişən xəstə Floridalma Rokenin meyiti çəlləkdə gizlədilib.

Bu, onun yoxa çıxmasından bir il sonra məlum olub. Müəyyən olub ki, cərrah baş verənləri gizlətmək üçün qurbanın cəsədini parçalara ayırıb. Qadının meyitinin yeri hələ də məlum deyil.

Honduras vətəndaşı üzünün cavanlaşması və əl liposaksiyası üçün Nyu Yorkdan Qvatemalaya gəlib. Lakin əməliyyat zamanı onun vəziyyəti pisləşib. Tibb bacısının dediyinə görə, Rokenin qanında şəkərin səviyyəsi qalxıb, lakin həkim Kevin Maluf dərmanın baha olması səbəbindən insulin vurmağa icazə verməyib.

Beş saat sonra xəstənin vəziyyəti yaxşılaşmayıb və cərrah onu embrion pozasında bir çəlləyə yerləşdirməyi və klinikadan çıxarmağı əmr edib. Maluf onu öz evinə aparıb. Klinikanın işçiləri telefonda mişar səslərini eşitdiklərini bildiriblər. Onlar həmçinin qeyd ediblər ki, həkim meyiti çamadana qoyub və gizlədib.

Tibb işçiləri Rokeni götürməyə gələn qohumlarına deyiblər ki, qadın onlar gəlməzdən bir neçə saat əvvəl maşın çağırıb və özü gedib. İnsan oğurluğu ilə bağlı iş üzrə 4 nəfər azadlıqdan məhrum edilib.

Mənbə: news.ru

5.01921916008