“Hatayspor” yeni baş məşqçisi ilə müqavilə imzalayıb.
Məlumata görə, Volkan Demirelin istefasından sonra baş məşqçi postu Özhan Pulata həvalə olunub.
Komanda rəsmiləri tərəfindən verilən açıqlamada Özhan Pulat ilə mövsüm sonuna qədər müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Özhan Pulat daha öncə “Adanaspor” klubunu çalışdırıb.
Mənbə: Sporx.com