Rusiya ordusu Ukraynanın Xarkov şəhərini raket atəşinə tutub.
Şəhərin meri İqor Terexov qeyd edib ki, şəhərə endirilən zərbələr nəticəsində Xarkovdakı istehsalat zavodlarından birində güclü yanğın başlayıb.
“Ehtiyatlı olun və sığınacaqlarda qalın, şəhər yenidən atəşə məruz qala bilər”, - İqor Terexov öz “Telegram” kanalında yazıb.
Mənbə: “Nexta Live”