İki yaşlı Salehin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə hakimiyyet.az-a onun anası Gülnar Sadıqova məlumat verib.
O bildirib ki, övladının üzərinə aprelin 12-si odun sobasından çaydan aşıb.
“Biz İmişlidə yaşayırıq. Aprelin 12-si Sadiq evdə oyun oynayarkən onun üzərinə qaynar çaydan aşıb. Həmin gün biz onu rayon xəstəxanasına aparsaq da, vəziyyəti ağır olduğu üçün bizi Bakıda yerləşən xəstəxanalardan birinə yola saldılar. Sadiqin bir ayağı və bir qolu tamamilə yanıb”.
Gülnar Sadıqova övladının müalicəsi üçün yardıma ehtiyacları olduğunu deyib.
“Biz mayın 3-ü xəstəxanadan çıxıb evimizə yollandıq. 20 günə yaxın xəstəxanada qalmışıq. Sadiq bu müddət ərzində bir dəfə dəri köçürmə əməliyyatı keçirib. Hazırda müalicəni davam etdirə bilmək üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 975-59-50.
Kapital Bank: 4169 7388 3351 8867.