“Sparta Roterdam”ı evində qəbul edən PSV 6 illik həsrətə son qoyub.
hakimiyyet.az xəbər verir ki, Metinyo 8-ci dəqiqədə hesabı açıb - 1:0. 19-cu dəqiqədə Saidi Bakari avtoqol müəllifi olub - 1:1. 26-cı dəqiqədə Cohan Bakoyoko meydan sahiblərini hesabda irəli çıxarıb - 2-1.
Üç dəqiqə sonra Oliver Bosacaqlinin səhvi hesaba tarazlıq gətirib - 2:2. 67-ci dəqiqədə Bosacaqli səhvini sığortalayıb - 3:2. Görüşdə son nöqtəni meydan sahiblərindən 78-ci dəqiqədə Cordan Teze qoyub - 4:2.
Qeyd edək ki, 4-2 hesabı ilə qalib gələn PSV liqanın bitməsinə 2 tur qalan çempionluğunu rəsmiləşdirib. “Sparta Roterdam” 43 xalla ilk doqquzluğu tamamlayır.