Juan Feliksin sevgilisi Lando Norrislə görüntülənib

Juan Feliksin keçmiş sevgilisi Marqarida Korseyronun dünən “Formula-1”də ilk qələbəsini qazanan Lando Norrislə sevgi münasibətlərinə başladığı iddia olunub.

Məlumata görə, hazırda “Barselona”da çıxış edən portuqaliyalı ulduz Juan Feliksin keçmiş sevgilisi Marqarida McLaren komandasının pilotu ilə eşq həyatına başlayıb.

Cütlüyün görüntüləri yayılsa da, qələbəsini qeyd edən sürücü bunu inkar edib.

Qeyd edək ki, Lando Norris “Mail Sports”a verdiyi açıqlamada - ”sadəcə qələbəmi təbrik etməyə gəlmişdi, bunu çox böyütməyin”, - deyib.

Mənbə: Dailymail.co.uk

 

0.070904016494751