Türkiyədə altıncı nəsil qırıcı təyyarə üzərində işlərə başlanılıb - FOTO

Türkiyədə milli qırıcı KAAN-ın 6-cı nəsil döyüş təyyarəsinə çevrilməsi üzərində işlərə başlanılıb.

“Bizim işimiz KAAN qırıcısının 6-cı nəslə çevrilməsi istiqamətində davam edir. Bu təyyarə gələcəkdə ANKA III hücum PUA-sı və “Şimşək” kamikadze dronunu idarə edəcək təyyarə olacaq”, - deyə Milli Döyüş Təyyarələri layihəsinin baş mühəndisi Emre Yaban bildirib.

Məlumata görə, KAAN qırıcısının pilotu supertexnoloji xüsusi dəbilqədən istifadə edərək PUA-ları havada idarə edəcək. Döyüş uçuşunu yerinə yetirən “mükəmməl üçlük” düşmənin hava hücumundan müdafiə sistemini çaşdıracaq.

Pilotsuz aparatlar ilk olaraq hədəfə yaxınlaşacaq, kəşfiyyat aparacaq və təyin olunmuş hədəfləri vuracaq. Düşmənin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatlarına yönəldildiyi halda, KAAN minimum risklə əsas hədəfləri məhv edəcək.

KAAN qırıcısının hava-hava və hava-yer döyüşlərində aktiv şəkildə istifadə edilməsi planlaşdırılır.

 

2.6704528331757