Azərbaycanda ölkəmizlə yanaşı Türkiyə və Gürcüstanın iştirakı ilə təbii fəlakətlər zamanı axtarış və xilasetmə işləri üzrə birgə hərbi təlimlər keçiriləcək.
hakimiyyet.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimlər 13-18 may tarixinə planlaşdırılıb.
Hərbi qurum, həmçinin Konyada Türkiyə, Azərbaycan, Qətər, Polşa, Rumıniya və Səudiyyə Ərəbistanının da iştirak etdiyi uğurla davam etdiyini vurğulayıb.
Qeyd edək ki, mayın 6-da başlayan beynəlxalq təlim mayın 17-nə qədər davam edəcək. Təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.