İrəvanda gərginlik artdı, şəhərə əlavə polis qüvvələri yeridildi - YENİLƏNİB + VİDEO

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar. Şəhərdə gərginlik artıb, əlavə polis qüvvələri yeridilib.

Məlumata görə, Ermənistan hökumətinin binası təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Polis qüvvələri mitinqin olacağı Respublika meydanına bitişik küçələrdə, o cümlədən hökumət evinin arxa tərəfində cəmləşib.

Bundan başqa, İrəvandakı Opera Teatrının ətrafında polis qüvvələri yerləşdirilib.

14:24

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar.

Məlumata görə, şəhərin girişində toplaşanlar Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının keşişi, arxiyepiskop Baqrat Qalstanyanı qarşılayıblar.

“Biz cavabları gözləyirik və insanlar cavab almaq üçün kortəbii şəkildə bura toplaşıblar”, - deyə arxiyepiskop bildirib.

Mənbə: Sputnik Ermənistan

1.190906047821