Mayın sonuna qədər Şuşada “ASAN xidmət” AÇILACAQ - RƏSMİ

“Şuşada may ayının sonuna qədər “ASAN xidmət” mərkəzi açılacaq”.

hakimiyyet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, Xankəndi sakinləri Şuşada “ASAN xidmət” mərkəzindən yararlana biləcəklər:

“İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə dörd “ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək. Bunlar Ağdam, Cəbrayıl, Laçın və Şuşada olacaq”.

Nəzrin Vahid

0.10353112220764