İranın Təbriz şəhərində Azərbaycan dilində tamaşa nümayiş olunacaq.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, Əli Fotuhi və Əlirza Kuşək Calalinin birgə rejissorluğu ilə ərsəyə gəlmiş tamaşa Ustad Sadiqi adına Teatrın səhnəsində “Ayna” Teatr Qrupu tərəfindən nümayiş olunacaq.
“Ayaq yalın, lüt, ovucda bir ürək” tamaşası real hadisəyə əsaslanır, Almaniyada yaşayan bir türk miqrantın həyatından və evinin neofaşistlər tərəfindən yandırılmasından bəhs edir.