Dövlət Departamenti Ukraynaya 30 milyon dollar dəyərində üç HIMARS-ın satışını təsdiqləyib

Dövlət Departamenti Ukraynaya 30 milyon dollar dəyərində üç HIMARS sisteminin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Ukraynaya 30 milyon dollara üç HIMARS Yaylım Atəşli Reaktiv Sistemi (YARS) təcili satışına icazə verib.

Bu barədə Pentaqon məlumat yayıb.

“Dövlət Departamenti Ukrayna hökumətinə təxmini dəyəri 30 milyon dollar olan HIMARS sistemlərinin və onunla əlaqəli logistika elementlərinin, həmçinin dəstək proqramlarının mümkün təcili xarici hərbi satışını təsdiqləyib”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, Kiyev hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün üç HIMARS buraxılış qurğusu almaq niyyətini daha əvvəl bəyan etmişdi. Almaniya hökuməti satınalmanı maliyyələşdirməyə razılıq verib.

Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, hər üç sistem digər Qərb silahlı qüvvələrinin balansındadır və xərcləri Berlin ödəyəcək.

0.050343990325928