Sumqayıtda zəncirvari qəza: Xəsarət alan var - FOTO

Sumqayıtda zəncirvari qəza baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

“Chevrolet Cruze” markalı avtomobil əvvəlcə hərəkətdə olan “Opel Meriva” markalı, sonra isə yol kənarında dayanan “VAZ 2107” markalı avtomobillərə çırpılıb.

Hadisə zamanı “Opel” markalı avtomobilin sərnişini, 1999-cu il təvəllüdlü Rahil Kazımov xəsarət alıb. Yaralı TTYX-nın briqadasının köməkliyi ilə dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.079365968704224