Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü Sirac Elman oğlu İbrahimov marketin qarşısında tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.16836595535278