Rusiyada minlərlə ev su altında qalıb - FOTO/VİDEO

Xilasedicilər Rusiya regionlarında daşqınların nəticələrini aradan qaldırmağa davam edirlər.

Hazırda Orenburq vilayətində 2 145 yaşayış evi və 5 140 təsərrüfat sahəsi, Kurqan vilayətində 346 yaşayış evi, 5 714 bağ evi və altı körpü su altında qalıb.

Təkcə ötən gün ərzində 18 min kubmetr su çəkilib, 17 yaşayış evi qurudulub.

Tyumen vilayətində İşim çayında çay yatağı boyunca suyun səviyyəsi azalır. Rayonda 385 yaşayış evi və 36 yol sahəsi suyun altında qalıb.

Omsk vilayətində Ust-İşim rayonunda da 317 yaşayış evi və 467 yaşayış sahəsi daşqınların girovuna çevrilib.

Bu arada, hidroloqların fikrincə, Orenburq vilayətinin Orsk şəhəri yaxınlığındakı Ural çayında suyun səviyyəsi dörd santimetr artıb. Bu, yeni daşqınlara səbəb ola bilər.

 

Mənbə: tvzvezda.ru

0.20293593406677