Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar - FOTO

Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada polislə etiraz edən nümayişçilər arasında toqquşmalar olub.

Bildirilib ki, toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq tətbiq ediblər. Polis nümayişçiləri gözyaşardıcı qazla dağıtmağa çalışıb.

Qeyd olunub ki, paytaxt Numeada, aerodromun yaxınlığında bir neçə avtomobil yandırılıb.

Cənub əyaləti assambleyasının prezidenti və loyalistlərin lideri Sonya Bakes kaledoniyalıları evdə qalmağa çağırıb.

Mənbə: France İnfo

1.0710489749908