“Milan”ın fransız hücumçusu Olivye Jiru qarşıdakı transfer pəncərəsində İtaliya klubunu tərk edəcəyini bildirib.
“Qeyd edim ki, qarşıdakı iki matç mənim “Milan” üçün sonuncu oyunlarım olacaq. Karyeramı MLS-də davam edəcəyəm. “Milan”da keçirdiyim üç mövsümdə əldə etdiyim hər şeylə fəxr edirəm. İndi gedişimi elan etmək üçün doğru vaxtdır. “Milan”dakı hekayəm bu il başa çatır, lakin klub həmişə ürəyimdə qalacaq”, - deyə komandanın mətbuat xidməti futbolçunun sözlərindən sitat gətirib.
Xatırladaq ki, daha əvvəl Olivyenin Los-Anceleslə 2025-ci ilə qədər müqavilə imzalamağa razı olduğu haqda məlumat yayılıb. Fransız futbolçu 2021-ci ilin yayından “Rossoneri”də çıxış edir. 37 yaşlı futbolçunun müqaviləsi bu mövsümün sonuna kimidir.
Transfermarkt internet portalına görə, Jirunun təxmini dəyəri dörd milyon avrodur.
Mənbə: championat.com