Gözlənilməz səfər: Antoni Blinken Ukraynaya gedib

ABŞ-nin Dövlət katibi Antoni Blinken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

Bu barədə onu müşayiət edən AFP müxbiri məlumat yayıb.

Onun sözlərinə görə, Blinken gecə qatarla Polşadan Ukraynaya gedib və bu gün Prezident Volodimir Zelenski ilə görüşü nəzərdə tutulur. Səfəri əvvəlcədən rəsmi şəkildə elan olunmayan dövlət katibi bir daha ölkəsinin Ukraynaya dəstəyini vurğulayacaq.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan bu, Blinkenin Kiyevə dördüncü səfəridir.

1.2324488162994