Gürcüstan hökuməti Avropa nümayəndə heyətləri ilə danışmaqdan imtina etdi - VİDEO

Gürcüstan hökuməti Almaniya, Polşa, Çexiya, Latviya, Litva və Estoniyadan gələn nümayəndə heyətləri ilə danışmaqdan imtina edib.

Bu barədə Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot “X” hesabında paylaşım edib.

“Gürcüstan hökuməti bizimlə danışmaqdan imtina etdi. Bizim burada olmağımızın səbəbi öyrətmək deyil, biz bir-birimizi dinləmək üçün buradayıq. Bizi ancaq Xarici Əlaqələr Komitəsinin sədri Nikolos Samçaradze qəbul etdi. O, bizi parlamentdə deyil, “Gürcü arzusu” partiyasının qərargahında qəbul etdi”, - deyə Mixael Rot paylaşımda bildirib.

 

0.14143180847168