Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən hakimiyyet.az-a verilən məlumata görə, hadisə yerinə dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1998-ci il təvəllüdlü Şahbaz Cəlilovun idarə etdiyi motosiklet binanın divarına çırpılıb və sürücü motosikletdə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər motosikletdə sıxılı vəziyyətdə qalan sürücünü xüsusi vasitələrlə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.