Üç aylıq Əli və Əkbər Bayramovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə hakimiyyet.az-a onların anası Dilşad Bayramova məlumat verib.
O bildirib ki, övladları 2024-cü ilin fevral ayında dünyaya gəlib.
“Əli və Əkbər bu ilin fevral ayında dünyaya gəliblər. Mən övladlarıma 5 aylıq hamilə olarkən yoldaşım yol-nəqliyyat hadisəsi zamanı vəfat etdi. İnanın o gündən sonra nə həkim müayinəsinə gedə bildim, nə normal yaşaya bildim. Uşaqlar doğulanda həkimlər onların ikisinin də beynində xırda kista olduğunu dedilər”.
Dilşad Bayramova övladlarının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
“Biz Yevlaxda yaşayırıq. Yoldaşım vəfat edəndən anamla yaşayıram. Maddi vəziyyətimiz çox da yaxşı deyil. Anam iş düşəndən düşənə evlərə təmizliyə, yorğan-döşək yumağa gedir. Mən isə uşaqlara görə hələ heç bir işlə məşğul ola bilmirəm. Uşaqların aylıq xərclərini qarşılamaq, müalicələrini etdirə bilmək üçün hazırda 400 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 763-40-87.
Kapital Bank: 4169 7388 8660 7732.