Husilər ABŞ-nin daha bir esminesinə hücum həyata keçirdilər

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üzvləri Qırmızı dənizdə ABŞ-yə məxsus esminesə raket zərbəsi endiriblər.

Bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

Onun sözlərinə görə, “USS Mason” esminesinə gəmi əleyhinə raketlərlə hücum həyata keçirilib.

Səriya əlavə edib ki, husilər həmçinin Qırmızı dənizdə İsrailin Eylat limanına doğru yollanan “Destiny” ticarət gəmisinə raket zərbəsi endiriblər.

Husilərin hərbi nümayəndəsi “USS Mason” esminesinə və “Destiny” gəmisinə birbaşa zərbələr qeydə aldıqlarını iddia ediblər.

Xatırladaq ki, aprelin sonunda husilər ABŞ-nin və iki yük gəmisinə hücum etmişdilər.

Mənbə: Regnum.ru

0.048440933227539