Serbiya prezidentini hədələyən şəxs saxlanıldı

“Serbiyada polis Prezident Aleksandar Vuçiçə hədə-qorxu gələn şəxsi saxlayıb”.

Bunu ölkənin daxili işlər naziri İvitsa Daçiç bildirib.

“Respublika prezidentinin təhlükəsizliyinə təhdidlər səbəbindən polis Sombordan olan Draqan Miyatoviçi saxlayıb. O, 48 saat müddətinə həbs olunub”, - Serbiya Daxili İşlər Nazirliyi bildirib.

Mənbə: Lenta.ru

0.098504066467285